Azərbaycan hökuməti İsraildən komputerləri sındırmaq üçün kiberhücum məhsulu alıb
Meydan TV Meydan TV
607K subscribers
1,855 views
0

 Published On Apr 16, 2024

Azərbaycan hökumətinin xüsusilə müxaliflərini izləmək üçün istifadə etdiyi kibersilahlara marağı davam edir. Bu dəfə İsraildən komputerləri sındırmaq üçün kiberhücum məhsulu alındığı barədə iddia yayılıb. Ötən il Amnesty İnternational müəyyən etmişdi ki, 1000-dən çox Azərbaycan nömrəsi əsasən jurnalist və ictimai fəalları izləmək üçün Pegasus ilə yoluxdurulub. Amma hökumət NSO Qrup şirkətinin istehsalı olan “Pegasus”la kifayətlənməyib və İsraildən daha bir neçə oxşar məhsul alıb.
Mikroskop medianın İsrailin “The Marker” mediasına istinadla yayımladığı xəbərə görə, bu məhsulların satışında Azərbaycan hökuməti ilə şirkət arasında vasitəçiliyi Liberman qardaşları edib.
Liberman qardaşları, yəni Amos və Kobi İsrailin keçmiş Maliyyə naziri, ondan öncə isə Xarici İşlər naziri vəzifəsində çalışmış Aviqdor Libermanın oğullarıdır. Onlar bu sövdələşmə əvəzində 200 min dollar qazanıblar. Razılaşmanın ilkin mərhələdə ümumi dəyəri 2 milyon dollar olub. Libermanların son illərdə Azərbaycan hökumətinə bir neçə məhsul satdığı deyilir.
Komputerlər üçün nəzərdə tutulan kiber hücum məhsulu Kandiro - bu məhsulun 2020-ci ildən artıq Azərbaycana təhvil verildiyi deyilir,
Raison kiber şirkətinin vergi yığılmasını asanlaşdırmaq üçün istehsal etdiyi böyük data sistemi
Duzlu suyu təmizləmə texnologiyası
Bu üç məhsulun potensial komissiyası milyonlarla dollar dəyərindədir.
Kandiro şəxsi komputerləri sındırmaq üçün yaradılıb. 2021-ci ildə Kandiro və NSO hər ikisi ABŞ Dövlət Departamentinin qara siyahısına əlavə olunub.
Hökumət, əsasən, belə məlumatları şərh etmir.

Kanala abunə ol - https://goo.gl/TcM9Fm
Bizə maddi dəstək ol https://cutt.ly/destek

WebSite: http://www.meydan.tv
Facebook: http://fb.com/MeydanTelevision
Twitter:   / meydantv  
Google+ https://plus.google.com/+MeydanTelevi...
İnstagram:   / meydantv  
__________________________________________________________________
Xəbərdən çox xəbər var. Çəkin göndərin yayımlayaq - Whatsapp : +4915777662277

show more

Share/Embed